Türkiyə mətbubatı Azərbaycanlı əsgərlərin Zəngilanda məsciddə ermənilərin donuz saxlaması ilə bağlı yaydığı videodan yazıb.
Bizimaz.az bildirir ki, BAKU.WS "haberler"ə istinadən xəbər verir ki, tarix məscid donuzların yaşayış məskəninə çevrilməsi bütün müsəlmanlara hörmətsizlikdir:
“Azərbaycan əsgərləri işğaldan azad olunmuş Zəngilandan görüntülər yayıblar. Görüntülərdə tarixi məsciddə ermənilərin donuz saxladığı aydın olub.
27 il sonra işğaldan azad edilən Zəngilandan çəkilən görüntülərdə Azərbaycan əsgərləri “Alçaqların etdiyinə baxın” deyə sərt reaksiya verib. Bu bütün müsəlman dünyasına hörmətsizlikdir”.