“Üçüncü ölkələrin Qarabağda yaranmış situasiyanın həllinə cəlb olunması hər iki münaqişə tərəfinin, yəni Bakı və Yerevanın razılığından asılıdır.
Bizimaz.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Rusiyanın münaqişə ilə bağlı tərəflərlə sıx əlaqədə olduğunu əlavə edib.