Xəbər lenti

“Qarabağ məsələsi Azərbaycan sərhədləri çərçivəsində həll edilməlidir”
 

ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və sərhədləri çərçivəsində həll edilməli olduğunu elan edib. 

 

Bizimaz.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, Hatçison qeyd edib ki, Şimali Atlantika İttifaqı ABŞ və Rusiyanın etdiklərini, yəni Dağlıq Qarabağdakı qarşıdurmanı dayandırmağa çalışır.

Səfir ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupunun münaqişəni ilkin mərhələyə qaytarmaq istədiyini xatırladıb. ABŞ-ın NATO-dakı səfirinin sözlərinə görə, “bu, həll edilə bilər və o zaman münaqişə sona çatacaq”.

“Hər iki tərəfi şiddəti və qətlləri dayandırmağın yollarını müzakirə etməyə çağırırıq”,- deyə Hatçison qeyd edib.

Bu problemin 30 ildir ki, irinlədiyini vurğulayan səfirin sözlərinə görə, məsələ hərbi münaqişə ilə həll edilə bilməz, bu, sərhədlər və suverenlik daxilində həll edilməlidir: “Bunun üçün çalışırıq, Rusiya da Fransa ilə eyni şeydə israr edir”.

Xatırladaq ki, Ermənistan sentyabrın 27-də Azərbaycana qarşı hərbi əməliyyatları bərpa etdikdən sonra Azərbaycan ordusu mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün əks-hücum əməliyyatına başlayıb.

Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisinə qarşı terror hücumları həyata keçirir, sərhəd yaşayış məntəqələrinə top atəşi edir və cəbhədən uzaq şəhərləri orta mənzilli raketlərlə atəşə tutur.

17 Yanvar 2025 Azərbaycan və Gürcüstan liderlərinin müzakirə edəcəyi məsələlər açıqlandı
22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov