BBC-nin müxbiri erməni işğalçıları tərəfindən Gəncədə dağıdılan binanın ərazisində olub.
O bildirib ki, burada yalın əllə, itlərlə və ağır texnikalarla axtarış davam edir:
“Siz dağıntıların genişliyini öz gözlərinizlə görə bilərsiniz. Çox geniş ərazidir. Aydındır ki, buradakı binalar yaşayış binalarıdır. Hücum yerli vaxtla gecə saat 2-də baş verib, bu zaman insanlar öz yataqlarında yatırdılar. Dağıntıların arasında yorğanlar və döşəklər görə bilərik. Yerli mütəxəsslər bildiriblər ki, onların istifadə etdikləri silahlar uzaqmənzilli raketdir. Onun fikirlərinə görə, raket Qarabağdan yox, Ermənistan ərazisindən atılıb. Hələlik isə bu fikir təsdiqlənməyib.
Bu, açıq-aşkar çox genişmiqyaslı bir hücumdur. Həmin hücum hərbi məntəqələrə edilməyib. Cəbhənin digər tərəfindən isə digər iddialar gəlir. Rusiyanın vasitəçilik etdiyi atəşkəs olmalı idi, lakin burada atəşkəs yox, müharibə mənzərəsi görünür”.
Bizimlə əlaqə saxlayın