“Kreml Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılaşmanın pozulması halları barədə məlumatlıdır. Amma hesab edir ki, atəşkəs rejiminə riayət olunması tərəflərin hərbi yoldan tam imtina olunması və konfliktin siyasi-diplomatik yolla həlli üçün fövqəladə önəmlidir”.
Bizimaz.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
Kreml rəsmisi Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskvaya gəlişini yüksək qiymətləndirib.