"Ermənistan terror təşkilatları ilə əməkdaşlığı dayandırmalı və Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxmalıdır".

Bizimaz.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın Azərbaycana hücumları ilə bağlı açıqlamasında ifadə edib.

Dağlıq Qarabağ probleminin dərhal həll olunmasının vacibliyini vurğulayan nazir bildirib:

“Hər zaman və hər yerdə qürurla ifadə etdiyimiz kimi, Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir. Can qardaşlarımızın yanında olduq, bundan sonra da haqlı mübarizəsində sonadək Azərbaycanın yanında olacağıq”.