Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) öhdəliklərini yerinə yetirən Rusiya Ermənistanı müdafiə edə bilər, lakin bu öhdəliklər Dağlıq Qarabağa aid deyil.
Bizimaz.az bildirir ki, BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.
"Təhlükəsizliyin təmin edilməsi baxımından öhdəliklər: KTMT-yə üzvü olan ölkə hər hansı təcavüzə, kənardan hücumlara məruz qalarsa, bu halda müqaviləyə üzv ölkələrin belə bir dövlətin qarşısında durmaq borcları var", - deyə Kreml rəsmisi bildirib.
Rusiya Federasiyasının hansı vəziyyətdə hərbi qüvvələrini Dağlıq Qarabağdakı münaqişə zonasına göndərməyə hazır olduğu sualını cavablandıran Peskov, bunun KTMT çərçivəsində öhdəliklərdən irəli gəldiyini deyb:
"Bu vəziyyətdə söhbət Ermənistandan gedir, Prezident [Rusiya Federasiyası Vladimir Putin] bu iki məsələni açıq şəkildə aydınlaşdırdı və fərqləndirdi. KTMT öhdəlikləri Qarabağa aid deyil".