Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahat olduğunu bəyan edib.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, BQXK münaqişə tərəflərini dinc sakinlərə atəş açmamağa çağırıb.
“BQXK 27 sentyabr 2020-ci il səhər saatlarında təmas xəttində başlamış münaqişənin gərginləşməsinin humanitar nəticələrindən narahatdır. BQXK beynəlxalq humanitar hüququn əsas normalarına uyğun olaraq tərəfləri mülki infrastrukturun qorunması üçün bütün zəruri tədbirləri görməyə çağırır”, - bəyanatda bildirilib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin mülki şəxsləri və yaşayış mənqətələrini atəşə tutması nəticəsində dinc sakinlər həlak olub.