Xəbər lenti

 

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Xarici İşlər naziri David Zalkaliani ilə görüşüb.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlərin təkbətək görüşündən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş baş tutub.

Nazirlər iki ölkə arasında yüksək səviyyədə inkişaf edən strateji tərəfdaşlıq münasibətlərini məmnunluqla qeyd ediblər. Ölkələrimiz arsında və dövlət rəhbərlərimiz səviyyəsində mövcud olan yüksək münasibətlərin yalnız sözdə deyil, əməllərdə də aydın şəkildə özünü nümayiş etdirdiyi qeyd olunub. Qarşılıqlı səfərlərin dövlətlər arasında münasibətlərin daha da möhkəmlənməsinə müsbət töhfə verdiyi vurğulanıb.

Gürcüstan Xarici İşlər naziri David Zalkaliani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 19 sentyabr tarixində yerli kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində Gürcüstan ilə bağlı səsləndirdiyi fikirlərin yüksək səviyyədə qiymətləndirildiyini qeyd edib.

Tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq münasibətlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. Enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələlərindən bəhs edilərək Cənubi Qaz Dəhlizinin tam istifadəyə verilməsi və genişləndirilməsinin perspektivləri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, habelə Bakı-Tbilisi-Qars dəmir yolunun iki ölkə ilə yanaşı, geniş bölgənin sosial-iqtisadi inkişafına töhfə verdiyi vurğulanıb. Həmçinin iqtisadi və ticarət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu və bundan tam istifadə edilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə ölkələrimizin oxşar təhlükəsizlik təhdidləri ilə üzləşdiyi və bununla mübarizədə oxşar baxışın mövcud olduğu vurğulanıb. Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, xüsusilə də ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət olunmasının zəruri olduğu bildirilib.

Dövlətlərimizin ikitərəfli əməkdaşlıq ilə yanaşı, çoxtərəfli formatlarda da uğurla əməkdaşlıq etdiyi və qarşılıqlı dəstək nümayiş etdirildiyi qeyd olunub.

Nazir Ceyhun Bayramov həll olmamış münaqişələrin bölgənin təhlükəsizliyinə ciddi təhdid doğurduğunu qeyd edib və Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi son hərbi təxribatları ilə bağlı həmkarına məlumat verib. Münaqişənin Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü əsasında həllinin vacibliyi vurğulanıb.

Nazirlər pandemiya dövründə ölkələrimiz arasında əlaqələndirmə və əməkdaşlığın yüksək səviyyədə davam etdirildiyini və daşımaların maneəsiz axınının təmin olunduğu bildiriblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

09 Aprel 2025 “Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib”
24 Fevral 2025 BMT Təhlükəsizlik Şurası ABŞ-nin Ukrayna ilə bağlı təklif etdiyi qətnaməyə səs verəcək
17 Yanvar 2025 Azərbaycan və Gürcüstan liderlərinin müzakirə edəcəyi məsələlər açıqlandı
22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov