Rusiya Prezidenti Vladimir Putin Nobel Sülh mükafatına namizəd göstərilib.
Bu barədə “İzvestiya” məlumat yayıb.
Müvafiq ərizə ilə Nobel komitəsinə yazıçı Sergey Komkov müraciət edib.
“Nobel komitəsinə ərizə verdikdən sonrakı proses artıq başlayıb! Bu prosesi artıq heç kim dayandıra bilməz”, - deyə S.Komkov “Facebook” hesabında yazıb.
Qeyd edək ki, adıçəkilən mükafata Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ABŞ Prezidenti Donald Trampın da namizədliyi irəli sürülüb.