Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi dəyişdirilib.
Bizimaz.az xəbər verir ki, bunu Report-a XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
Xarici İşlər naziri Ceyhun Bayramovun əmri ilə nazirliyin Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə işdən çıxarılıb.
Nazirin digər əmri ilə Rzayev Ramil Əbil oğlu həmin idarənin rəisi vəzifəsinə təyin olunub. R.Rzayev bu təyinata qədər Azərbaycanın Qazaxıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləyib.
Pərvin Mirzəzadəyə isə yeni vəzifə verilib.
Belə ki, nazir Ceyhun Bayramovun əmri ilə P.Mirzəzadə xüsusi tapşırıqlar üzrə səfir təyin olunub.
Qeyd edək ki, Pərvin Mirzəzadə mərhum xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin oğludur.