Ermənistan səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bizimaz.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Səid Xətibzadə bildirib.
O vurğulayıb ki, müvəqqəti işlər vəkili Ermənistanın İsraildə səfirlik açmasına etiraz olaraq XİN-ə çağırılıb.
S. Xətibzadə qeyd edib ki, Ermənistanın İsraildə səfirlik açması ilə bağlı İran tərəfinin narazılığı müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.