Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2020-ci il payız sessiyası üçün işlər planına daxil edilən qanun layihələri məlum olub.
Bizimaz.az xəbər verir ki, bu barədə komitənin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili məlumat verib.
Onun sözlərinə görə, komitənin 2020-ci il payız sessiyası üçün işlər planına iki məsələ daxil edilib: “Bunlar “Lombardlar haqqında” və “Turizm haqqında” qanun layihələridir. Sessiya ərzində bir neçə qanunlara da əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub”.
Axar.az