Xəbər lenti

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi məlumat yayıb.

 

Bizimaz.az   məlumatın mətnini təqdim edir:

"Cari ilin 15 iyun tarixində Azərbaycan-Rusiya sərhədində baş vermiş toqquşma nəticəsində 10 nəfər və 23-24 iyul tarixlərində Moskva şəhərindəki məlum iğtişaşlar zamanı 11 nəfər Azərbaycan Respublikasının vətəndaşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Həmvətənlərimizin vəziyyəti ilk gündən Səfirlik tərəfindən müşahidə olunub, saxlanılan azərbaycanlılarla görüşlər keçirmək üçün Rusiyanın aidiyyəti qurumları ilə mütəmadi təmaslar qurulub və Səfirliyin səlahiyyətləri çərçivəsində lazımi addımlar atılıb.

Səfirliyin müşaviri, konsul Toğrul Sadıqov və konsulluğun üçüncü katibi Müsənnif Dadaşov Moskva şəhər Baş Polis İdarəsinin Cənub-Şərq İnzibati dairəsi üzrə idarəsinin müstəntiqi, ədliyyə leytenantı A.Pavlovla görüşüblər. Söhbət əsnasında o bildirib ki, hazırda istintaq davam edir.

Rusiyanın müvafiq təşkilatlarından razılıq alınandan sonra Səfirliyin adları qeyd olunan əməkdaşları Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 7 nömrəli İstintaq Təcridxanasında olan Pərviz Həmidov (Rusiya vətəndaşı), Murtuzəli Zahidov və Bəhruz Vəliyevlə görüşüblər. Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 1 və 2 nömrəli İstintaq Təcridxanalarında saxlanılan digər 8 nəfər vətəndaşımızla da görüşün təşkil edilməsi üçün aidiyyəti üzrə müraciətlər edilib.

2-3 sentyabr 2020-ci il tarixlərində Toğrul Sadıqov və Müsənnif Dadaşov Rusiyanın Dağıstan Respublikasının ərazisində baş vermiş məlum insident nəticəsində saxlanılan Azərbaycan Respublikasının vətəndaşları ilə görüşmək üçün Dərbənd şəhərinə ezam olunublar.

Burada onlar Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Dağıstan Respublikası üzrə idarəsinin 2 nömrəli İstintaq Təcridxanasında saxlanılan 7 nəfər vətəndaşımız - Əziz Fərəczadə, Rövşən Hüseynov, Elmar Musayev, Emin İmaməliyev, Tural Qiyasov, Nahid Ağayev və Elbrus Əhmədovla görüşmüşlər. Digər 3 nəfər barədə isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Keçirilmiş bütün görüşlər zamanı vətəndaşlarımız saxlanma şəraitlərinin qənaətbəxş olduğunu, ayrı-seçkiliklə üzləşmədiklərini, təcridxana rəhbərliyi və ya istintaq orqanı tərəfindən təzyiqlərə məruz qalmadıqlarını, vəkilləri ilə mütəmadi görüşə bildiklərini və sağlamlıqları ilə bağlı şikayətlərinin olmadığını diqqətə çatdırıblar.

Səfirliyin əməkdaşları tərəfindən məsələnin diqqət mərkəzində olduğu, lazımı hüquqi yardımla təmin olunacağı və hazırda bu istiqamətdə müvafiq işlərin davam etdirildiyi barədə həmyerlilərimizə məlumat verilib.

Sonra Toğrul Sadıqov və Müsənnif Dadaşov Məhərrəmkənd rayonunun icra başçısı Fərid Əhmədovla görüş keçiriblər.,Onlar Dərbəndlə sərhəddəki Qullar ərazisində salınmış çadır şəhərciyinə gedərək buradakı şəraitlə tanış olublar.

Fərid Əhmədov çadır şəhərciyində yerləşən və Qullar kəndi ərazisində evlərdə yaşayan vətəndaşlarımızın sayı, onların vəziyyəti haqqında ətraflı məlumat verib.

Bu ağır dönəmdə sərhəddəki həmvətənlərimizə göstərdikləri yardım və dəstəyə görə Fərid Əhmədova və Dağıstan hökumətinə dərin minnətdarlıq bildirilib.

istinad

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov