Xəbər lenti



Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva böyük sənətkar Lütfiyar İmanovun adının əbədiləşdirilməsi ilə bağlı müvafiq qurumlara müraciət edib.




Bizimaz.az Modern.az-ın məlumatına görə, Qənirə Paşayeva bununla bağlı deyib:


“Azərbaycanın dünya şöhrətli opera müğənnisi, mərhum Xalq artisti Lütfiyar İmanovun adının əbədiləşdirilməsi ilə bağlı bir qrup ziyalı Milli Məclisin Mədəniyyət komitəsinin sədri olaraq mənə müraciət edib kömək istəmişdi. Müraciətdə Suraxanı rayonunda yerləşən musiqi məktəblərindən birinə, Bakı şəhərində (yaxud Abşeron rayonunda) küçələrin birinə Xalq artistinin adının verilməsi və onun heykəlinin (yaxud büstünün) qoyulması ilə bağlı konkret təşəbbüs və təkliflər ifadə olunub. Bununla əlaqədar olaraq, Mədəniyyət Komitəsi adından Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova və Mədəniyyət nazirinin I müavini, Mədəniyyət naziri səlahiyyətlərinin icraçısı Anar Kərimova rəsmi məktubla müraciət etdik. Əlbəttə, Xalq artisti Lütfiyar İmanovun musiqi mədəniyyətimizin inkişafı, dünyada tanıdılması işində böyük xidmətlərini nəzərə alaraq, onun adının əbədiləşdirilməsi həm klassik irsə sayğı, həm də, gənclərin sənətə həvəslənməsi, peşəkarlıq yollarında yorulmadan addımlaması baxımından xüsusi önəm daşıyır. Böyük ustadın oğlu Rafiq İmanovla da Mədəniyyət komitəsində görüşdük, geniş fikir mübadiləsi oldu. İnanıram ki, Azərbaycanın dünya şöhrətli opera müğənnisi (dramatik tenor), professor, Xalq artisti Lütfiyar İmanovun adının əbədiləşdirilməsi ilə bağlı yaxın zamanlarda aidiyyatı qurumlar tərəfindən müvafiq addımlar atılacaq və böyük ustadın ruhu şad olacaq”.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov