İranın Azərbaycandakı səfirliyi Tovuz rayonunda döyüşlər zamanı həlak olan şəhidlərin 40-cı günü ilə əlaqədar başsağlığı verib.
Bu barədə səfirliyin “Twitter” səhifəsində yazılıb.
Başsağlığında deyilir:
“Ermənistanla son döyüşlərdə şəhid olan dost və qardaş Azərbaycan Respublikasının hərbçilərinin vəfatının 40-cı günü ilə əlaqədar başsağlığı veririk.
Məhərrəm ayı ilə eyni dövrə təsadüf edən şəhidlərin matəmləri bizim kədərimizin daha da artmasına səbəb olmuşdur. Allahdan bütün şəhid ailələrinə səbr diləyirik”.