Xəbər lenti

Yerli icra hakimiyyəti qurumunun vəzifəli şəxslərinin korrupsiya hüquqpozmaları törətmələrinə əsaslı şübhələr müəyyən edilib. 

 

 

Bizimaz.az bildirir ki, Baş Prokurorluqdan Modern.az-a verilən xəbərə görə, vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü və kəsərli tədbirlər davam etdirilir.

 

Belə tədbirlərdən biri kimi, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı, daha sonra isə Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləmiş Məharət Mustafayevin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşların çoxsaylı müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 

İstintaq zamanı əldə olunmuş ilkin sübutlar əsasında müəyyən edilib ki, Məharət Mustafayev Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən qabaqcadan əlbir olduğu Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri Əli Rüstəmli və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girməklə, onların vasitəsilə ayrı-ayrı şəxslərdən müxtəlif vaxtlarda fərdi yaşayış evlərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına icazə verilməsi, eləcə də digər qanunsuz məqsədlər üçün ümumilikdə 194 min 300 manat məbləğində pul vəsaitini rüşvət qismində ələ keçirməsinə, həmçinin, istehsal fəaliyyətinin davam etdirilməsinə şərait yaradılmasını vəd etməklə, vətəndaşa məxsus 175 min 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub. 

 

Bundan başqa, Məharət Mustafayevin Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində işləyərkən torpaq sahəsinə dair müvafiq sənədləşmənin aparılması üçün rəhbəri olduğu şöbənin mühəndisi vasitəsi ilə vətəndaşdan 9 min manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyərək almasına və qeyd edilən hərəkətləri ilə vətəndaşların qanunla qorunan maraqlarına ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. 

 

24 avqust 2020-ci il tarixdə Məharət Mustafayev, Əli Rüstəmli, eləcə də həmin cinayətlərin törədilməsində vasitəçi qismində iştirak etmiş Razin Qəhrəmanov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda təkrar rüşvət alma), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrikçilik), 29, 178.2 (öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluğa cəhd etmə) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara qeyd edilən maddələrdə nəzərdə tutulan ittiham elan edilib, Məharət Mustafayev və Əli Rüstəmli barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs, Razin Qəhrəmanov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

 

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, o cümlədən cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.


Qeyd edək ki, adları çəkilən eks-məmurlar vaxtilə Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevin kadrları kimi tanınıblar.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov