Prezident İlham Əliyev "Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" sərəncam imzalayıb.
Bizimaz.az Modern.az-a istinadən xəbər verir ki, sənədə əsasən, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Azərbaycan Respublikasının Baş Naziri
Müşahidə Şurasının üzvləri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikasının İqtisadiyyat naziri
Azərbaycan Respublikasının Maliyyə naziri.