Xəbər verdiyimiz kimi, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Əfqan Nağıyev 13 may 2020-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilib.
Bizimaz.az Axar.az istinadən xəbər verir ki, general-leytenant Əfqan Nağıyev bu ilin fevral ayından DSX Sahil Mühafizəsi xidməti rəisi vəzifəsindən azad olunduqdan sonra, onun yerinə Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi general-mayor Elşən Verdiyev təyin olunub.
Xudat sərhəd dəstəsinin rəisi Aqil Babayev vəzifəsindən azad olunaraq, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi vəzifəsinə təyin edilib.
DSX-nin mətbuat katibi Rövşən Cahangirov təyinatları təsdiqləyib.