Prokurorluq orqanlarında növbəti kadr dəyişikliyi olub.
Gununxeberi.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Bakı hərbi prokuroru, ədliyyə polkovniki İlyas Rzayev vəzifəsindən azad edilib.
O, Prezident Administrasiyasında müvafiq şöbəyə sektor müdiri təyin olunub.