Almaniya Türkiyəyə silah satışını dayandırıb.
Axar.az xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər naziri Hayko Maas deyib.
“Ankaranın çoxlu sayda silah tələbinə mənfi cavab verilib. Türkiyəyə sadəcə dəniz qüvvələrinin istifadə etdikləri məhsulları veririk. Almaniya, Fransa və İtaliya olaraq ilk mərhələdə Liviyaya 3-cü ölkələrin göstərişi ilə silah göndərən şirkətlərə AB sanksiyalarının tətbiqi ilə bağlı razılığa gəldik. Əgər bu nəticə verməsə, silah embarqosunu pozan dövlətlərə qarşı sanksiya tətbiq etməyə məcburuq”, - XİN rəhbəri bildirib.