Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.
Bizimaz.az Modern.az-a istinadən xəbər verir ki, N.Mustafayeva daha əvvəllər jurnalist kimi fəaliyyət göstərib.
Belə ki, o, vaxtilə 1990-cı illərin sonu, 2000-ci illərin əvvələrində ANS televiziyasında müxbir kimi çalışıb. Həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanının telejurnalist daha sonralar Prezident Adminsitrasiyasının Protokol xidmətində işləyib. Nərminə xanım ailə qurandan sonra Mustafayeva soyadını götürüb.
Qeyd edək ki, 2016-2020-cı illərdə Azərbaycan Respublikasının İstanbulda baş konsulu olmuş Məsim Hacıyevin diplomatik xidmət müddəti başa çatıb.