Moskvanın cənub-şərqində ötən gecə azərbaycanlılar və ermənilər arasında kütlkıvi dava olub.
Modern.az Rusiyanın “TASS” agentliyinə istinadən xəbər verir ki, kütləvi davam ilə bağlı 13 nəfər saxlanılıb.
Hadisə şəhərin Lyublino və Niknaya Polya küçəsinin kəsişməsində baş verib.
“Hadisə yerinə gələn polis dava iştirak edən 13 nəfəri polis bölməsinə gətirib”-deyə xəbərdə deyilir.
Davanın iştirakçılarından birinin bıçaq xəsarəti aldığı bildirilir.