Xəbər lenti

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kanadanın “CTV Nyus" televiziya kanalına müsahibə verib.

 

Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın Ermənistanın hərbi təcavüzündən əziyyət çəkdiyini bildirən H.Hacıyev ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və işğal olunmuş ərazilərimizdə etnik təmizləmənin həyata keçirildiyini diqqətə çatdırıb.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə toxunan H.Hacıyev münaqişənin həlli istiqamətində nəzərəçarpacaq nəticələrin olmadığını və münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması əsasında həllinin zəruriliyini vurğulayıb.

Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində son hərbi təxribatına toxunan H.Hacıyev Ermənistan silahlı qüvvələrinin artileriyadan istifadə edərək Azərbaycan mövqelərinə atəş açdığını və hərbçilərimizin həlak olduğunu, habelə məqsədyönlü şəkildə Azərbaycanın yaşayış məntəqələrini və mülki insanları hədəfə aldığını söyləyib.

Prezidentin köməkçisi Ermənistanın bu hücumu törətməkdə məqsədinin həmin ərazidən keçən Şərq-Qərb dəhlizi və Azərbaycanın neft-qaz kəmərlərinə təhlükə yaratmaq olduğunu bildirib. Azərbaycanın sərhəd zonasında hərbi məqsədlərinin olmadığını bildirən H.Hacıyev ölkəmizin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllinə çalışdığını qeyd edib.

Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyətinə toxunan H.Hacıyev sözügedən stansiyanın dünyada Çernobıl texnologiyasının istifadə olunduğu yeganə AES olduğunu bildirib. Köhnəlmiş texnologiyaların istifadə olunduğu AES-in region üçün təhlükə olduğunu söyləyən H.Hacıyev Metsomorun radioaktiv maddələrin qaçaqmalçılığı üçün bir vasitəyə çevrildiyini xüsusilə vurğulayıb.

Eyni zamanda, Kanadada yaşayan azərbaycanlılara və Kanadanın hüquq-mühafizə orqanlarına müraciət edərək erməni lobbi qruplarının Los-Anceles, Paris və Brüsseldə azərbaycanlılara hücum etdiyini və erməni terror təşkilatlarının azərbaycanlılara hücum edə biləcəyindən onları ayıq olmağa çağırıb.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov