Xəbər lenti

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Daxili Qoşunlarını işğal altında saxlanılan Dağlıq Qarabağ torplaqlarına yeridib.

 

bizimaz.az Ermənistanın “Qrapark” qəzetinin yazdığına görə, Daxili Qoşunlar işğalçı qüvvələrə dəstək məqsədilə bölgəyə göndərilib.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Ermənistanın baş naziri Nikol Paşinyanın bu cür addımına sərt reaksiya verib.

Bayram Səfərov Modern.az-a açıqlamasında deyib ki, Paşinyan daxildə xalqına verdiyi vədləri yerinə yetirə bilmədiyindən, müxtəlif yollara əl atmaqla məşğuldur:

“Ermənistanın dinc və kasıb əhalisi aclıqdan əziyyət çəkir. Həmin bu ac əhali də Paşinyandan iş yeri və çörək istəyir. Ermənistan hakimiyyəti də bunu edə bilmir. Belə vəziyyətdə Paşinyan nə etməlidir ki?! Əlbəttə, polis dəstəsini Dağlıq Qarabağa yeritməlidir. Onların ac polisi varsa, bizim nizamlı ordumuz var. Ona görə də Paşinyan bu cür provakasiyaya əl atır”.

Bayram Səfərov baş nazir Paşinyanın Azərbaycanı hədələyən açıqlamalar verməsinə də münasibət bildirib.

“Paşinyan bizim nəyimizi hədələyəcək ki?! Onun nəyi var ki! Aşığın sözü qurtaranda “dalay-dalay” deyir. İndi Paşinyan da özü üçün “dalay-dalay” edir. “Dalay-dalay” da qurtarandan sonra hücum etməyə başlayacaq. Çox yaxşı. Etsinlər. Ordumuz onların qarşısında dayanıb. Paşinyanın cavabını verəcəyik. Lazım gəlsə, bir az da irəli gedəcəyik”.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov