Qvatemala prezidenti Cimmi Morales ölkəsinin İsraildəki səfirliyinin Qüdsə köçürüləcəyini bəyan edib.
Cimmi Morales bu barədə “Facebook” səhifəsində yazıb.
“Bu gün İsrailin baş naziri
Benyamin Netanyahu ilə söhbət etmişik. Əsas məsələlərdən biri Qvatemalanın səfirliyinin
Qüdsə qayıtması olub. Xarici işlər nazirinə artıq bu məsələ ilə bağlı öz göstərişlərimi vermişəm”, - deyə Morales bildirib.
Qeyd edək ki,
ABŞ Prezidenti Doland Trampın
Qüdslə bağlı qərarı etirazlara səbəb olub.