Avropa Şurası Parlament Assambeleyasının yay sessiyasında isveçrəli Liliane Maury Pasquier qurumun yeni prezidenti seçilib.
APA-nın Avropa müxbirinin verdiyi xəbərə görə, o, bundan əvvəl prezident Mikele Nikolettiyə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, AŞPA-nın hazırki prezidenti Mikele Nikoletti bu ilin yanvarında bu vəzifəyə seçilmişdi.
AŞPA-nın yay sessiyası iyunun 29-da başa çatacaq.