Bu gün İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadiyyat Forumuna start veriləcək.
Bizimaz.az: Axar.az xəbər verir ki, forum 24 yanvara qədər davam edəcək. Foruma 117 ölkədən 3 min nümayəndə qatılacaq. Qonaqlardan 53-ü dövlət və hökumət başçısıdır.
Davosa “Forbes”in reytinqdə yer alan 1700 biznesmen də gələcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev forumun işində iştirak etmək üçün hazırda Davosda səfərdədir. Prezidentimiz artıq bir sıra mühüm görüşlər keçirib.