Xəbər lenti




Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “The Financial Times” nəşrində Azərbaycanla bağlı irəli sürülən bir sıra iddialara münasibət bildirib.

 

Ə.Həsənov Trend-ə bildirib ki, “The Financial Times” (FT) nəşrində “Avropa Şurası insan haqlarından imtina edir?” başlıqlı məqalədə Azərbaycanla bağlı irəli sürülən iddialar subyektiv xarakter daşıyır, qərəzlidir və müəyyən xarici anti-Azərbaycan dairələrin çirkin maraqlarına xidmət edir. FT və digər bu kimi tanınmış nəşrlərin bəlli dairələr tərəfindən süni şəkildə təşkil edilmiş qarayaxma kampaniyasına qoşularaq Azərbaycanı hədəf götürməsi, ardıcıl olaraq əsassız ittihamlarla çıxış etməsi yalnız təəssüf doğura bilər.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan dünyada demokratiya yolu ilə inkişaf edən, güclü iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malik, bütün azadlıqların təmin olunduğu ölkə, stabillik, təhlükəsizlik, tolerantlıq məkanı kimi tanınır. Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət edir və cəmiyyət tərəfindən hərtərəfli dəstək qazanıb. Azərbaycanda həm yerli, həm də Avropa İttifaqı ölkələrinə aid şirkətlərin apardıqları araşdırma bu faktı bir daha təsdiqləyir. Təsadüfi deyil ki, Hollandiyanın ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə keçirilən sorğunun nəticəsinə əsasən, Azərbaycan vətəndaşlarının 81 faizi hakimiyyətin həyata keçirdiyi siyasətə öz dəstəyini ifadə edib. Təbii ki, bu amil Ermənistan və erməni lobbisini, onların xaricdəki havadarlarını ciddi narahat edir. Bu qüvvələr bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycanın nüfuzunu ləkələməyə, beynəlxalq ictimaiyyətdə onun haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərirlər. FT kimi nəşrlərin bu dairələrin əlində vasitəyə çevrilməsi ciddi nöqsan, transmilli medianın müstəqilliyinə xələl gətirən haldır.

O, diqqətə çatdırıb ki, müxtəlif fasilələrlə Azərbaycana qarşı təşkil edilən bu tipli kampaniyaların səmərəsizliyi artıq sübuta yetirilib və cəmiyyətimizdə istehza ilə qarşılanır. Həmin qarayaxmaların təşkilatçıları və icraçıları bu reallığı nə qədər tez başa düşsələr, bir o qədər də öz nüfuz limitini qoruyub saxlamış olacaqlar.



22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov