Xəbər lenti

Rusiya və Çinlə qarşıdurmanın güclənməsi fonunda ABŞ öz qlobal strategiyasının istiqamətlərinin müəyyənləşdirilməsi üzərində işləyir. Amma ABŞ dünyada hakim mövqe uğrunda mübarizə apardığı bir halda beynəlxalq gərginlik ocaqları ilə əlaqədar müəyyənləşdirilən bu cür strategiya ölkənin resurslarını dağıtmaqda davam edir.

bizimaz.az Bu barədə Amerikanın özəl analitik-kəşfiyyat şirkəti “Startfor”un dərc etdiyi materialda danışılır.

- Yeni istiqamətin axtarılması

Sovet İttifaqının dağılmasından sonra meydana çıxan terrorizmlə müharibə ABŞ-ın müdafiə sferasındakı strateji mövqeyinin dəyişdirilməsinə gətirib çıxardı. Vaşinqton əsas diqqətini Avrasiya dövləti (Rusiya) ilə qarşı-qarşıya dayanmaq istiqamətindən qeyri-dövlət subyektlərinə qarşı mübarizəyə çevirdi.

“Stratfor”un materialında deyilir: “Bu transformasiya çərçivəsində ABŞ Yaxın Şərqdə, Şimali Afrikada, Cənubi Asiyadakı iştirakını möhkəmləndirərək, özünün hərbi sferadakı prioritetlərini yeniləyərək, təlimlərinin strukturunu dəyişib. Eyni zamanda ABŞ Avropadakı və Sakit okean akvatoriyasındakı güclərini məhdudlaşdıraraq, Rusiya ilə potensial müharibə üçün nəzərdə tutulmuş xeyli saydakı mənzil-qərargahını da bağlayıb”.

Lakin Yaxın Şərq və Cənubi Asiyadakı uzunmüddətli münaqişələrdən sonra ABŞ qlobal strateji balansdakı dərin hərəkətlənməni etiraf etməyə başlayıb. Çinin artan gücünü müşahidə edən Barak Obama administrasiyası Asiyadakı qüvvələr nüsbətini dəyişməyə cəhd göstərib. Rusiyanın 2014-cü ildə Ukraynaya hərbi müdaxiləsi ABŞ-ın Avropadakı fəaliyyət vektorunu da tamamilə dəyişib. Vaşinqton Avropadakı təşəbbüslərini sığortalamaq çərçivəsində qitəyə əlavə güclər yollayıb.

Amma Amerika ekspertlərinin fikrinə görə, ABŞ-ın builki milli təhlükəsizlik strategiyası, onun böyük dövlətlərlə qarşıdurmasının istiqamətlərini müəyyənləşdirəcək.

Bu strategiyaya müvafiq olaraq, Birləşmiş Ştatlar yeni coğrafi prioritetlər müəyyənləşdirir. ”Stratfor”un materialında deyilir: “Rusiya ilə rəqabətdə Şimalı Atlantika əsas fəaliyyət teatrına çevrilib. Nəticədə Amerika hərbiçiləri 2011-ci ildən fəaliyyətsiz halda olan ABŞ-ın 2-ci donanamsının fəaliyyətinin bərpa edilməsi planından danışırlar. ABŞ-ın 2-ci donanmasının başlıca missiyası Rusiya sualtı qayıqlarına qarşı Atlantik okeanındakı ABŞ hərbi-dəniz donanmasının hökmran mövqedə dayanmasını təmin etməkdir. Sualtı qayıqların yaxalanması və aşkarlanması üçün strateji məkan olan Atlantikanın şimalında yerləşən İslandiya ABŞ-ın diqqət mərkəzndədir”.

Avropanın digər ucunda əlavə əhəmiyyətli rol isə, ABŞ və Rusiya arasında balans yaradan Ankaraya veriləcək. ”Startfor” analitik mərkəzi qeyd edir: “Qitənin digər regionlarında Baltika ölkələri və həmçinin də Polşa, Ukrayna, Belarus və Gürcüstan ABŞ və Rusiya arasındakı döyüşdə mühüm sahə rolu oynayırlar”.

Onu da deyək ki, Vaşinqtonun yüksək diqqətini həmçinin Skandinaviya ölkələri və xüsusən də Arktikaya strateji baxımından yaxın olan Norveç daha çox çəkir. Bundan başqa ABŞ-ın 6-cı hərbi donanması Baltik və Qara dənizdəki güclərinin sayını artırıb.

Bu barədə “Stratfor”un materialında deyilir: “Sakit okeanda Çinin artan hərbi arsenalı və digər regionlarla müqayisədə ABŞ aviabazalarının lazımı sayda olmaması Vaşinqtonun Pekinlə qarşıdurmadakı mövqeyini çətinləşdirir. Nəticədə, ABŞ, Yaponiya və Sinqapur ilə münasibətlərinə xüsusi diqqət ayırmalıdır. Eyni zamanda Pentaqon Şimali Avstraliya, Filippin və Şimali Marianna adalarında baza qurmaq üçün alternativ yer axtarır. ABŞ-ın artıq Cənubi Koreyada xeyli sayda hərbi gücü var, lakin hətta Şimali Koreya ilə mümkün münaqişə ABŞ üçün xeyli yük ola bilər. Çünki onlar açıq döyüş fəaliyyətləri halında Çin quru qoşunlarının hücum məsafəsinə yaxın olacaqlar. Vaşinqton Çinin təsirini məhdudlaşdırmaq üçün həmçinin Sakit okean regionundakı bir sıra müttəfiqləri olmayan ölkələrlə münasibətlərini möhkəmləndirməyə çalışacaq. Bu ölkələr sırasında Hindistan, Vyetnam, Malayziya və İndoneziya var. Təbii ki, Çin bu cəbhədə çətin ki, passiv dayanacaq və bütün gücü ilə Cənubi-Şərqi Asiya ölkələriylə münasibətləri möhkəmləndirilməyə səy göstərəcək. Digər mübahisə yaradan məsələ Tayvanla bağlıdır. Tayvana müasir hərbi avadanlıqlar satmaqla və müdafiə ilə bağlı qarşılıqlı münasibətləri gücləndirməklə ABŞ tez-tez Çini bu adaya qarşı təxribata çəkir. Ona görə də, Tayvan məsələsi Vaşinqton və Pekini aktiv münaqişə fazasına doğru itələyir”.

“Stratfort” ekspertləri deyirlər: “Nəhayət, ABŞ özünün hərbi-dəniz donanmasını dünya arenasında necə yerləşdirmək barəsində ciddi şəkildə düşünür. Son otuz il ərzində ABŞ-ın aviadaşıyan zərbə birlikləri praktik olaraq Yaxın Şərq yaxınlığındakı sularda üzürlər. Amma indi ABŞ daha çox Avropa və Sakit okean istiqamətinə doğru yönəlmək üzərində işləyir”.

- Diqqətin yayındırılması

Digər yandan “Stratfor” analitikləri güman edirlər ki, Vaşinqtonun böyük dövlətlərin yeni güc nümayişi yarışına girişməsini etiraf etməsinə və buna müvafiq surətdə də hərəkət etməsinə baxmayaraq, bəzi şeylər ABŞ-ın diqətini yayındıra bilər. İlk növbədə söhbət bu gün də davam edən terrorizmə qarşı qlobal müharibədən gedir. ABŞ bu mübarizəyə əhəmiyyətli resurslar yönəldib.

“Stratfor” ekspertləri bildirirlər: “İri miqyaslı mümkün münaqişələr ABŞ-ı Çin və Rusiya ilə qarşıdurmaya girişmək hazırlığından yayındıra bilər. Bu, İran və ya Şimalı Koreya ilə müharibə formasında da ola bilər. Əgər Vaşinqtonun hərəkətlərinə cavab olaraq Tehran özünün nüvə proqramını bərpa etmək qərarına gələrsə, onda vəziyyət kəskin pisləşər. Şimali Koreyaya gəlincə, əgər Vaşinqton və Pxenyan arasında yüksək səviyyəli görüşdəki danışıqlarda hər hansı irəliləyiş olmazsa, onda yaranmış indiki nikbinlik öz yerini müharibə hazırlığına verəcək”.

İran və ya Şimali Koreya ilə müharibə ABŞ-dan böyük güc və vəsait tələb edir. Hətta bu ölkələrin önünün alınması strategiyası çərçivəsində Fars körfəzinə, Koreya yarımadasına və onun ətrafına xeyli güc yollanılması lazımdır.

“Stratfor” isə güman edir ki, əgər İranla gərginlik daha da artarsa, onda Birləşmiş Ştatlar Yaxın Şərqdə daimi saxlanılan qüvvələrin sayının azaldılması qərarından imtina etməlidir. Amma Yaxın Şərqə böyük sayda qüvvələrin yığılması ABŞ-a Rusiya və Çinə qarşı mübarizədə əngəl törədə bilər. Başqa tərəfdən, “Stratfor” analitikləri bldirirlər ki, Şimali Koreya yaxınlığında qoşunların yerləşdirilməsi yığcamlığı təmin edir. Çünki ABŞ Şimal-Şərqi Asiyadakı (xüsüsən də Yaponiyadan) qoşun və vəsaitləri Çinlə toqquşmada üstünlük qazanmaq üçün buraya yönləndirə bilər. Nəzərə alsaq ki, Cənubi Koreyada yerləşdirilmiş güclər yalnız Şimali Koreyaya tuşlanıb, onda Çinin həmlələrinə qarşı cavab vermək imkanı zəif ola bilər.

Lakin ABŞ-ın bu cür hərəkətləri çətin ki, Çin və ya Rusiyanın nəzərindən qaçsın. Analitiklər soyuq müharibə dövrünü xatırladan daha böyük rəqabətin yaranacağını proqnozlaşdırırlar.

Materialda deyilir: “Bu qarşıdurmanın fərqləndirici tərəfi rəqibi uzun sürən və xərc aparan mübarizəyə çəkmək üçün bütün dünya üzrə müqavimət hərəkatlarının və marionetka qüvvələrinin dəstəklənməsi olacaq. Faktiki olaraq Rusiya Əfqanıstandakı taliblərin bəzi birləşmələrini dəstəkləməklə artıq bu mübarizə üsullarının bəzi qaydalarını yerinə yetirir. Eyni zamanda da ABŞ əvvələr Suriyadakı anti-Rusiya güclərini müdafiə edib. Bu kontekstdən yanaşaraq deyə bilərik ki, əgər ABŞ və İran arasındakı qarşıdurma daha da aqressivləşərsə, onda Moskva və Pekin öz mövqelərini möhkəmləndirmək naminə Tehrana birbaşa yardım göstərəcəklər”.

Beləliklə, ABŞ Rusiya və Çinlə qarşıdurmanı özünün qlobal prioriteti adlandırıb və nəticədə bunun üçün resursların paylaşdırılması və strateji istiqamətin dəyişdirilməsini düşünür.

“Stratfor” analitikləri məsələni belə yekunlaşdırırlar: “Pentaqon artıq bu istiqamətdə tədbirlər həyata keçirmək istəyir, lakin bu, heç də sadə proses deyil. Belə ki, İran və Şimali Koreya böhranları kimi yayındırıcı faktorlar kifayət qədərdir və həm də daha qlobal planda ABŞ terrorizmlə müharibənin tərəfdarı kimi qalır. Ümumi yekunda ABŞ şübhəsiz ki, öz diqqətini böyük dövlətlərə tərəf yönəldəcək, ancaq yayındırıcı faktorlardan yan keçmək elə də asan olmayacaq. Həm də ki, Çin və Rusiya, ABŞ-ın yayındırıcı faktorlardan asanlıqla qurtulmasına imkan verməməyə çalışacaqlar”.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov