“Rusiya və rəsmi Tehran ABŞ-ın İranın nüvə proqramı üzrə razılaşmasından birtərəfli qaydada çıxması ilə bağlı daha ciddi dialoq qurmalıdır”
bizimaz.az Bunu İran prezidenti Həsən Ruhani Rusiya prezidenti Vladimir Putin ilə görüş zamanı deyib.
“ABŞ-ın qanunsuz olaraq bu razılaşmadan çıxmasına gəlincə, bununla bağlı ölkələrimiz arasında daha ciddi və daha mühüm dialoqa tələb olunur”, – deyə H.Ruhani vurğulayıb.
H.Ruhani qeyd edib ki, Rusiya Federasiyası nüvə razılaşmasının icra olunmasında çox mühüm və konstruktiv rol oynayıb.