“Rusiya G7-nin danışıqlar masası arxasında olmalıdır”.
bizimaz.az Bu sözləri ABŞ prezidenti Donalt Tramp deyib. O bildirib ki, kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, Rusiya G7-də iştirak etməlidir: “Əvvəl G8 var idi. Sonra Rusiya bu qrupdan çıxarıldı. Lakin Rusiya qaytarılmalıdır. Çünki bu ölkə bizə danışıqlar masası arxasında lazımdır. Rusiya yoxdursa, biz niyə görüş keçiririk. Mən bunu görüşdə təklif edəcəyəm”.
Qeyd edək ki, G7-nin növbəti sammiti iyunun 8-9-da Kanadanın Kvebek şəhərində keçiriləcək.