Xəbər lenti

Xalq artisti Rafael Dadaşov "Şou ATV" verilişinin qonağı olub.
Bizimaz.az:  Axsam.az-a istinadən xəbər veirr ki, aktyorun keçmiş həyat yoldaşı Sədaqət Dadaşova efirə zəng edib və ona sevgisini etiraf edib. O, göz yaşlarını saxlaya bilməyib:
 
"Əmioğlu, səni çox sevirəm (ağlayır). Allah səni bizim, balalarımızın üstündən əskik etməsin. Rafael mənim ilk növbədə əmim oğludur".
 
R.Dadaşov isə "Niyə ağlayırsan? Sağam mən. Kövrəksən bilirəm" deyə, söyləyib.
 
Aktyor daha sonra gənclik illərini xatırlayaraq kövrəlib:
 
"Mən o qədər yaraşıqlı olmuşam ki, anam bir qadın kimi məni sevirdi. Çox ciddiyəm. Baxmayaraq ki, ana hissləri var idi. Ancaq deyirdi ki, sənə aşiq olmamaq mümkün deyil. Mən də deyirdim ki, məni sən yaratmısan”.
 
Qeyd edək ki, Sədaqət Dadaşova xalq artisti Brilliant Dadaşovanın bacısıdır. O, bir müddət əvvəl Türkiyənin evlənmə proqramına qatılması ilə gündəmə gəlmişdi. Sədaqət eyni zamanda müğənni Səidə Dadaşovanın anasıdır
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov