Mədəniyyət Nazirliyi “Qarabağ Vətən Müharibəsi” şərti adlı 8 bölümlü bədii serialın çəkilməsi ilə bağlı elan etdiyi tenderə yekun vurub.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə məlumat dövlət satınalmalarının vahid internet portalına yerləşdirilib.
Tenderin qalibi “Bozdağ Film Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirket”i olub.
Məlumatda qeyd olunur ki, qalib şirkətə 1,7 milyon manat (1 milyon ABŞ dolları) ödəniləcək.
Qeyd edək ki, daha əvvəl mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirmişdi ki, Azərbaycan və Türkiyə Vətən müharibəsi ilə bağlı birgə serial çəkir.
Xatırladaq ki, “Bozdağ film” studiyası Türkiyənin “Kuruluş Osman”, “Destan”, “Mehmetçik” və s. bir sıra məşhur seriallarının istehsalçısıdır.