Tanınmış aparıcı Ceyhun Səfərov yenidən efirə qayıtmaq qərarına gəlib.
Bizimaz.az Kult.az-a istinadən xəbər verir ki, aparıcı fəaliyyətini Speys TV-də davam etdirəcək.
Qeyd edək ki, C.Səfərov uzun illər ATV kanalında çalışıb. Daha sonra isə o, Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində də işləyib.