Xəbər lenti

“Maşa və Ayı”nın Azərbaycan buraxılışı silindi
Rusiya istehsalı olan məşhur “Maşa və Ayı” cizgi filminin Azərbaycandan bəhs edilən son buraxılışı rəsmi yutub səhifələrindən silinib.  

Bizimaz.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, avqustun əvvəlində “Cırtdan” xalq nağılı əsasında hazırlanan bölümü Rusiyada fəaliyyət göstərən erməni diasporu nümayəndələrinin, Ermənistan vətəndaşlarının şikayətləri əsasında platformadan qaldırılıb. 

Qeyd edək ki, cizgi filmində Azərbaycanın milli mətbəxində olan təndir çörəyi, paxlava, şəkərbura, dolma göstərilmiş, o cümlədən məşhur “Cücələrim” mahnısı da səsləndirilmişdi. 

 

 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov