Aparıcı Aytən Səfərova uzun müddətdir fəaliyyət göstərdiyi "ATV" kanalı ilə yollarını ayırıb.
Bizimaz.az bildirir ki, bu haqda BAKU.WS-ə danışan aparıcı bir çox kanallardan ona təklif gəldiyini, lakin hansı kanalda çalışacağını hələ dəqiqləşdirmədiyini bildirib:
“Uzun illərdir çalışdığım “ATV” kanalından dost kimi ayrılmışam. Hələ ki hansı kanalda çalışacağımı müəyyənləşdirməmişəm. Bu günə qədər tamaşaçılara təqdim etdiyim hər bir veriliş uğurlu olub və reytinq qazanıb. Mən radioda da çalışmışam. Ona görə də radio və televiziyada hansı proqramları təqdim etmişəmsə, hər biri uğurlu layihə kimi yadda qalıb.
Adi xəbər buraxılışını da müəllif yanaşması olarsa, öz təqdimatımla fərqli formatda tamaşaçılara çatdıra bilərəm. Hətta futbol matçını da şərh edə bilərəm. Ümumiyyətlə, hansı kanalda çalışmağımdan və hansı verilişi təqdim etməyimdən asılı olmayaraq onu tam fərqli formada təqdim edəcəm. Yaxın 2-3 gün ərzində qərarımı verəcəm və çalışacağım televiziya kanalı da hər kəsə bəlli olacaq”.
Qeyd edək ki, Aytən Səfərova 6 il “ATV” kanalında fəaliyyət göstərib. O həm xəbərlər departamentində, həm də radioda işləyib. Kanaldan ayrılmazdan əvvəl isə “ATV”də xəbərlər departamentinin redaktoru vəzifəsində çalışıb.