Xəbər lenti

 

“Nizami Gəncəvinin Gəncədə doğulub, böyüyüb, orada vəfat etməsinə baxmayaraq, öz dahi əsərlərində bir çox mövzuları fəlsəfi fikirlərlə əks etdirib”.

 

Bizimaz.az Oxu.Az-a istinadən  xəbər verir ki, bu sözləri mədəniyyət naziri Anar Kərimov Gürcüstanda səfəri çərçivəsində Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bu, Nizami Gəncəvinin ensiklopedik biliklərə sahib olduğunun göstəricidir:

“Dahi Nizami Gəncəvinin heç vaxt Gəncəni tərk etməməsinə baxmayaraq, onun əsərləri çoxşaxəli olub. Əsərlərində istifadə etdiyi müdrik ifadələr, toxunduğu mövzular onun nə qədər geniş dünyagörüşünə malik olduğundan xəbər verir”. 

Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində keçirilən tədbirdə Gürcüstanın mədəniyyət, idman və gənclər nazirinin birinci müavini Kaxa Sixarulidze iştirak edib. 

O, çıxışı zamanı Nizami Gəncəvi irsini yüksək qiymətləndirib:

“Biz Nizami Gəncəvi yaradıcılığı ilə fəxr edirik. Dahi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqəli həm azərbaycanlı nümayəndələr, həm də Gürcüstanın mədəniyyət sahəsində çalışan nümayəndələri bir sıra rəsmi görüşlər keçirib”.

Tədbirdə N.Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən rəsm sərgisi keçirilib. Sərgidə azərbaycanlı və gürcü rəssamların dahi şair N.Gəncəviyə aid miniatür və rəsm əsərləri nümayiş olunub. 

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov