Xəbər lenti




Böyük Britaniyanın paytaxtı London şəhərində 1-4 iyul tarixlərində keçirilən ənə­nəvi "Royal Windsor Horse Show” - “Vindzor Kral Atçılıq Şousu” başa çat­ıb.

 

Bizimaz.az bildirir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Report"a bildirilib ki, Böyük Britaniya Kraliçası II Elizabetin şərəfinə hər il təşkil olunan bu tədbirdə Azərbaycan təmsilçilərinin iştirakı Azər­baycan Respub­lika­­sının Prezidenti İlham Əliyevin ali diqqəti sayəsində mümkün olub

II Eliza­betin və kral ailəsinin digər üzvlərinin canlı tamaşa etdikləri tədbirlərdə "Xarı-Bülbül” adlı xüsusi şou-kompo­zisiya hər gün təqdim olunub.

Vətən Müharibəsində əldə olunmuş möhtəşəm Zəfərə və şəhid­lərimizin mü­qəd­dəs xatirəsinə həsr olunmuş bu kompozisiyada Dövlət Sərhəd Xidmətinin süvarilər qrupunun Qarabağ atları üzərində nüma­yiş etdirdikləri igidlik və cəsurluq hərəkətləri, Azərbaycan milli geyi­mində arenaya çıxan “Sərhədçi” rəqs ansamb­lının möhtəşəm çıxışları, süvariləri­mizin başları üzərində Azərbaycan və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırması, Azərbaycan milli rəqsi ilə atsürmə elementlərinin sintezi böyük rəğbətlə qarşılanmış, izləyicilərin qəlbində Qarabağ atlarının coşqusunu alovlandırıb.

Məşhur “Xudayar təsnifi”nin, Tofiq Quliyevin “Qaytağı”sının, Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin müsiqisi­nin sədaları altında təmsilçilərimizin bənzərsiz çıxışları Azərbaycanın, o cümlədən də işğaldan azad olunmuş Qarabağın və ətraf rayonların böyük ekran­larda nümayiş etdirilən füsün­kar görün­tüləri ilə müşayiət olunub.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Res­pub­li­kası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış bu proqramda xalqımızın zəngin mədəniyyəti, qəhrə­manlığı, cəsarəti və qorxmazlığı Qarabağ atlarının bənzərsiz gözəlliyi, milli musiqimizin və rəqslərimizin dili ilə ifadə olunub.

“Xarı-Bülbül” şou kompozisiyasını xüsusi maraqla izləmiş Birləş­miş Krallığın Kraliçası Ülyahəzrət II Elizabet nümayəndə heyətimizlə görüş­üb, xatirə fotoşəkili çəkdirib, Azərbaycan təmsilçilərinin çıxı­şını möh­təşəm adlandırmış, bu çıxışlardan hər zaman məmnun qalma­sını bil­dirərək Azər­baycan nümayəndələrinin gələcək atçılıq tədbir­lərinə də qatı­lacaqlarına ümidvar olduğunu vurğulayıb.

Bu beynəlxalq atçılıq tədbirinin artıq ayrılmaz hissəsi sayılan Azərbay­can musiqisi, milli rəqslərimiz və xüsusilə də milli at cinsimiz olan Qarabağ atlarının valehedici performansı hər zaman olduğu kimi Bö­yük Britaniya aristokratiyasının və məşhurlarının da böyük mara­ğı­na sə­bəb olub, keçirdikləri pozitiv həyacan hisslərinə görə Azərbay­can nümayəndə heyətinə minnətdarlıq­larını bildiriblər.

Azərbaycan nümayəndələrinin çıxışları canlı yayımda nümayiş etdirilmiş, atçılıq hə­vəskarı olan sosial şəbəkə istifa­dəçilərinin və ixti­saslaşmış infor­ma­siya resurslarının mövzusuna çevrilib. Süvarilə­rimizin müxtəlif ekstremal hərəkətləri, xüsusilə tədbirin baş qəhrəman­ları olan Qara­bağ atlarının məharətli çıxışları Böyük Britaniyanın nüfuzlu saytları tərəfindən geniş işıqlandırılmış, heyətimizin təqdim etdiyi proqramı möhtəşəm və heyranedici adlandır­ıblar.

Vətən Müharibəsində qazanılmış möhtəşəm Zəfərin carçısı kimi mədəniyyət paytaxtımız Şuşadan birbaşa Londona gələrək Azərbay­canın qədim­liyini, özünə­məxsus gözəlliyini və Qarabağın əsarətdən azad olmasını tərənnüm edən Qarabağ atlarının Böyük Britaniya atçı­lığının ən mötəbər tədbirinin əsas hissəsi kimi təqdim edilməsi izləyicilər tərəfindən böyük heyranlıqla qarşılanıb.

Bütün bunlar Azərbaycan Respublika­sının Prezi­den­ti İlham Əliyevin tapşırıqlarının icrası üzrə milli at cins­lərimizin dünyada daha da məş­hur­laş­dırılması istiqamətində həyata keçirilən böyük miq­yaslı, ardıcıl və məqsədyönlü tədbirlərin davamı olmuş, Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini verib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov