Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli infarkt keçirib.

 

Bizimaz.az xəbər verir ki, bu barədə "Report"a sənətçinin ailəsindən məlumat verilib.

Xalq artisti hazırda xəstəxanada müalicə olunur: “Ramiz Əzizbəyli artıq iki həftədən çoxdur ki, koronavirusa yoluxub və müalicə alır. Bir neçə gün əvvəl infarkt keçirdiyi üçün xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti stabil-ağırıdır”.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.