Dünən “Avroviziya” mahnı müsabiqəsinin final məşqi baş tutub. “Qafqazinfo” xəbər verir ki, nəticələrin 50%-ni müəyyənləşdirəcək münsif səsverməsi üçün də təşkil olunan şouda Azərbaycan 4-cü olub.
Belə ki, saxta səsvermə zamanı bütün ölkələrdən verilən səslərin yekununda təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə 337 bal toplayaraq ilk beşliyə daxil olub.
Gecənin qalibi isə 437 xalla Norveç təmsilçisi TIX olub