Xalq artisti Tünzalə Ağayeva bir neçə il əvvəl sevənlərə təqdim etdiyi "Xoş gəldin gülüm" adlı məşhur ifasının necə ərsəyə gəlməsindən danışıb.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, “Özəl” proqramının qonağı olan sənətçi, bu musiqisini hamamda təmizlik işi görərkən ərsəyə gətirdiyini deyib:

“Bir gün Moskavadan evə qayıdırdım. Həmin vaxt telefonum sönmüşdü. Açan kimi gördüm ki, Mələk Xəlil mənə ismarıc göndərib, “Xoş gəldin dünyama, suyu qurumuş dəryama” yazıb.

Çox xoşum gəldi, dedim Mələk Xəlil davamını gətir, bunu şeirə çevirək.

Bir neçə gün bu sətirlər ağlımda idi, hətta evdə hamam təmizləyirdim, o vaxt başladım ifa etməyə. Gözəl bir mahnı alındı və hər kəs tərəfindən sevildi”.

Qeyd edək ki, sözügedən mahnının musiqisi müğənninin özünə, sözləri isə Məlik Xəlilə məxsusdur.