Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev Türkiyədə növbəti dəfə əməliyyat olunacaq.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb. O qeyd edib ki, 65 yaşlı Xalq artisti sabah ağır əməliyyata girəcək.
Aparıcıyla söhbətləşən A.Ağayev ona dəstək olan hər kəsə təşəkkür edib.
Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində özəl klinikaların birinə yerləşdirilən A. Ağayev ötən ay da əməliyyat olunmuşdu.