Xəbər lenti


 

 

Rusiyada 43-cü Moskva Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub. Tədbirin ən maraqla gözlənilən qonağı isə “Muhteşem Yüzyıl” serialındakı “Hürrem sultan” rolu ilə tamaşaçıların qəlbini fəth edən Meryem Üzərli olub.

 

Bu barədə “Hello” xəbər yayıb.

Bildirilir ki, türkiyəli aktrisa “Kovan” filmini təqdim edəcək.

Qeyd edək ki, müsabiqənin münsiflərinə rejissor, operator və prodüser Briyante Mendosa rəhbərlik edir. Tədbirin açılış filmi isə Timur Bekmambetovun sovet pilotunun qəhrəmanlığına həsr olunmuş “Devyatayev” olub.

Aprelin 29-na qədər davam edəcək Moskva Film Festivalında 210 film nümayiş olunacaq. Müsabiqəyə Venesuela, Yaponiya, Çin, Almaniya, Norveç, İtaliya, Serbiya, Hindistan, İran və digər ölkələrdə istehsal olunan 14 film daxil edilib.

Yeri gəlmişkən, beynəlxalq tədbirdə daha bir xoş sürpriz də azərbaycanlı aktrisa və rejissor Könül Nağıyevanın iştirakıdır. Onun Türkiyədə çəkdiyi “Gerçek olamaz” filminin Moskvada dünya premyerası olacaq.

Filmin gələcəkdə Bakıda da nümayişi nəzərdə tutulub. 

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov