Xəbər lenti

 

Mədəniyyət naziri Anar Kərimov Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyevanın şikayətinə reaksiya verib.

 

Bizimaz.az bildirir ki, A.Kərimov “Report”a açıqlamasında məsələ ilə bağlı maraqlanacağını bildirib.

“Bu məsələni yoxlayarıq”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, R.Nuriyeva açıqlamasında aktyorun dünyasını dəyişəndən sonra Mədəniyyət Nazirliyindən zəng olunmadığını bildirib:

“2012-ci ildən bu günə kimi mənim evimə zəng gəlməyib. Nə bayram günü, nə ölən günü... Məndə sual yaranır ki, 40 il həyatını mədəniyyətə qoyan insanın ailəsi ilə Mədəniyyət Nazirliyi niyə maraqlanmır. İş təkcə qərar qəbul etməkdən ibarət deyil axı. Mənəvi dəstək tamamilə başqa şeydir”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov