Xəbər lenti

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub.

 

Bizimaz.az bidirir ki, Modern.az-ın məlumatına görə, müsabiqəyə yarımadadakı rus, çukça, ukrayn, belorus, tatar, buryat, qırğız və digər millətləri təmsil edən 16-30 yaş arasında 14 iştirakçı qatılb. Onların hər biri milli yaradıcılıq nümunələri ilə çıxış edib, özü və xalqı haqqında məlumat verib, milli geyim defilesinde iştirak edib.

İştirakçıların bütün çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra yakut və azərbaycanlı gözəlin balları eyni olduğu üçün açıq səsvermə keçirilib. Nəticədə 13 nömrə altında müsabiqəyə qatılan soydaşımız Ruhiyyə Mustafayeva 2018-ci ildə Kamçatkanın etno-gözəli seçilib.

“Dostluq” İctimai Birliyinin sədri Ramazan Hüseynov “Etno-gözəl”ə tac və 50 min rubl dəyərində sertifikat təqdim edib. Ruhiyyə Mustafayeva həmçinin, “Xalq mahnıları” nominasiyasında ən yaxşı ifaçı seçilib və “Tamaşaçı simpatiyası” mükafatında səslərin çoxunu qazanıb.

Tədbir “Dostluq” İctimai Birliyinin təşkilatçılığı, eləcə də Kamçatkanın Mədəniyyət Nazirliyi və Daxili Siyasət Agentliyinin dəstəyi ilə baş tutub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov