Səhhətində yaranan problemlərə görə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rəfael Dadaşov indiki durumu barədə danışıb. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, xəstəxanada açıqlama verən aktyor bildirib ki, müalicəsi davam edir:
"Allahın köməkliyi ilə babatam. Sağ olsunlar, qulluq edirlər. 4 gün reanimasiyada yatdım. Dünən günortadan palataya düşmüşəm. Belə baxanda, ilk gəlişimdən indi yaxşıyam. Səhhətimdə dəqiq nədən əziyyət çəkdiyimi özüm də bilmirdim. Məni daha çox təngnəfəslik narahat edirdi. Addımımı düz ata bilmirdim. Canıma qorxu düşdü. Təcili yardım çağırdılar, bura gətirdilər. Ürək çatışmazlığı imiş. Bir də daxildə su var idi. 4 günə özümə gətirdilər. Ürəklə bağlı problemi tarazlaşdırdılar. İndi böyrəklərimdə su qalıb, onu düzəldəcəklər”.
Qeyd edək ki, R. Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Dekabrın 6-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı, şair, tərcüməçi, görkəmli ictimai-siyasi xadim Anarın yaradıcılığına həsr olunmuş “Qələmin əfsunu” adlı tədbir keçirilib.
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və onların əsərlərinin digər ölkələrdə təbliği məqsədilə 2016-cı ildən etibarən "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi həyata keçirilir.
Dekabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında institutun “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin müdiri, professor Tofiq Mustafazadənin 70 illiyi qeyd olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə görkəmli şair və mütəfəkkir, Azərbaycan dili və ədəbiyyatının inkişafında müstəsna xidmətləri olmuş İmadəddin Nəsiminin şərəfinə 2019-cu il “Nəsimi ili” elan olunub.
Əslən azərbaycanlı olan Viktor Lobaşevin 26 əsəri “Rusiya - Mənim Tarixim” tarixi parkında “Dəyişikliklər dövründəki Krasnodar 1990-2010” sərgisində nümayiş olunur.