Hörmətli oxucular, bu evdə Oğuz rayonun Xaçmaz kəndinin 63 yaşlı sakini Arif İsayev 30 ildir yaşayır.
Oğlu hərbi xidmətini başa çatdırıb . Bakıda ofisiant işləyir, qızını də köçurdub. Kəndə qaz çəkilsə də bu evə qaz çəkmirlər, deyirlər ki, ev taxtadandır olmaz...
Arif İsayev əvvəllər ünvanlı yardım alsa da, övladlarl 18 yaşa çatandan sonra bu yardım kəsilib. Həyət- bacasını əkməklə bir təhər dolanır. Hər il qışda həyətindəki meyvə ağaclarını kəsməklə qışdan yaza çıxır. Evinin bu şəraitdə olmağı ilə əlaqədar bir çox yerlərə müraciət etsə də nəticəsiz qalıb. Belə bir şəraitdə övladı evləndirməkdə sual altında qalır .
Dövlətimizdən , Fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan, Palmalı şirkətinin rəhbəri Mübariz Mənsimovdan və insaflı iş adamlarından , dindar olduğuna görə Allahşükür Paşazadədən xahiş edirik 2 otaqlı evin tikilməsinə köməklik göstərəsiniz.