Xəbər lenti


         Görkəmli dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir.

 

         Azərbaycan xalqı qarşısında gördüyü işlərin nəticəsidir ki, bu gün ölkəmizin hər yerində bu böyük şəxsiyyətin anadan olmasının 96 illiyi xalqın yüksək ehtiramı ilə qeyd edilir. Bu günlərdə hər birimiz Heydər Əliyevin Vətən və millət qarşısındakı misilsiz tarixi xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq.

         Yaxın tarixə nəzər salsaq görərik ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan xalqının bəlkə də ən ağır, çətin dövrünə təsadüf edir. 70 ilə yaxın bir dövr ərzində SSRİ kimi nəhəng bir dövlətin əsarətində olmuş, Azərbaycan xalqı üçün müstəqillik dövründə ayaqda qalmaq, əldə etdiyi müstəqilliyi qoruyub saxlamaq asan olmamışdır. Həmin dövrdə Azərbaycanda təhlükəli bir vəziyyət yaranmışdı. Yenicə müstəqillik əldə etmiş Azərbaycan xaqlı işğalçı erməni qoşunlarının hücumları ilə üz-üzə qalmışdı, ölkədə anarxiya, xaos var idi. Bir yandan xarici qüvvələrin işğalçı mövqeyi, bir yandan da daxildə baş verən çaxnaşmalar xalqı yormuş, gələcəyə ümidini sarsıtmışdı.

         Heydər Əlirza oğlu Əliyev belə bir vaxtda Azərbaycan xalqının ümidi olmuşdur. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

         1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

         Heydər Əliyevin Azərbaycana rəhbərliyi 1969-cu ildən, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi vaxtdan başlamış, Heydər Əliyev həmin vaxtdan Azərbaycan xalqı üçün misilsiz xidmətlər görmüşdür. Müstəqil dövlətin prezidenti vəzifələrini icra etməyə başladıqdan sonra isə ümummilli lider geniş hüquqi, sosial-iqtisadi islahatlara başladı, Azərbaycan Respublikasını beynəlxalq aləmdə tanıtdı, dövlətin nüfüzlu beynəlxalq təşkilatlara üzv qəbul olunmasına nail oldu.      

         1994-cü ildə Bakıda “Əsrin müqaviləsi” kimi nəhəng bir saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi, Böyük İpək Yolunun bərpası üzrə konkret addımlar atıldı. Bütün bunlar Heydər Əliyevin siyasi fəaliyyətinin bəhrələridir, onun parlaq səhifələridir.

         Hüquqi sahədə də geniş islahatlar aparıldı. Bu islahatların həyata keçirilməsinin əsasını 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan ilk milli Konstitusiyamız qoymuş oldu. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafıəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.

         Konstitusiya müddəalarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsiplərinin möhkəmləndirilməsi, hüquqi islahatların ardıcıl və keyfiyyətlə aparılması üçün Hüquqi İslahat Komissiyası yaradıldı. Hüquqi sahədə islahatların mütəşəkkil aparılmasına xüsusi əhəmiyyət verən ümummilli liderimiz Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü, qısa müddət ərzində hüquq sisteminin təməlini təşkil edən mühüm qanun və məcəllələr qəbul edildi, məhkəmə və hüquq-mühafızə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxıldı. Nəticə etibarilə Azərbaycanda əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən yeni hüquq və üç pilləli, müstəqil məhkəmə sistemi formalaşdırıldı.

         Ulu Öndərin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. 1996-cı il fevralın 21-də də yaradılmış Hüquqi İslahatlar Komissiyası bu sahədə mühüm rol oynamışdır. Belə ki, komissiya tərəfindən Avropa standartlarına uyğun hazırlanmış Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəllənin, Mülki-Prosessual Məcəllənin layihələri, “Prokurorluq haqqında”, “Vəkillik haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, eləcə də “Notariat haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin seçkiləri haqqında” və digər qanunlar milli qanunvericilik sisteminin təkmilləşdirilməsini, yeni dövrün tələblərinə uyğunlaşdırılmasını təmin etmişdir. Bundan əlavə, komissiya tərəfındən işlənib hazırlanmış “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində aparılan ilk mühüm addımlar olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmışdır. Bütövlükdə isə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndərin uzaqgörən siyasətinin nəticəsi olaraq, ölkəmiz 200-dən artıq beynəlxalq konvensiyaya, o cümlədən insan hüquqlarının müdafiəsi ilə bağlı 70-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərə riayət edilməsində mühüm nailiyyətlər əldə etmişdir.

         Bu gün biz fəxrlə deyə bilərik ki, ali məqsədi insan haqlarının müdafıəsinə xidmət edən Azərbaycanın yeni hüquq sisteminin də müəllifı məhz ümummilli liderimiz Heydər Əliyevdir.

         Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin rəhbərliyi dövründə dövlətin, cəmiyyətin hər bir sahəsində sürətli bir inkişaf baş vermişdir. Ümummilli Liderin misilsiz xidmətləri sayəsində Azərbaycan xalqının gələcəyə ümidi, millət kimi özünə və öz rəhbərinə inamı yaranmışdır. Azərbaycan xalqı üçün Heydər Əliyev təkcə ümummilli lider deyil, o, həm də Azərbaycan xalqının mənəvi atasıdır.

         Ümummilli Liderin bizə miras qoyub getdiyi dövlət müstəqilliyini qoruyub saxlamaq, onun xatirəsini həmişə əziz tutmaq, gələcək nəsillərə onun həyat və fəaliyyətini, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərini öyrətmək bizim ilk növbədə Azərbaycan Respublikasının vətəndaşı, daha sonra isə ədliyyə işçisi  kimi borcumuzdur.

 

         Səfər İsmayılov,

         Lənkəran rayon 1 saylı Notariat Kontorunun xüsusi notarisu

14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov