Müstəqim Məmmədov: "Prezident İlham Əliyevin qayğılı münasibəti sayəsində əmək və döyüş meydanında hünər göstərən tərtərlilər yeni nailiyyətlərlə ölkənin dinamik xarakter alan sosial-iqtisadi inkişafına daha sanballı töhfələr verəcəklər".
85 illik yubileyi qeyd olunan qəhrəmanlar diyarı Tərtər 30 ildir ki, düşmənlə üz-üzə alınmaz qala kimi dayanıb. Təcavüzkar Ermənistan təmas xəttində tez-tez atəşkəsi pozaraq Tərtərin dinc sakinlərinə atəş açır, həmçinin rayona qarşı ekoloji terrorunu davam etdirir. Bununla belə cəsur tərtərlilər bir addım belə geri atmaq, doğma yurd-yuvalarını tərk etmək fikrindən uzaqdırlar. Bu nikbinliklərini şərtləndirən ən mühüm amil isə dövlət rəhbərliyinin onlara diqqət və qayğısı, rayon rəhbərliyinin səmərəli idarəçiliyi altında həyata keçirilən tərəqqiyönlü işlərin verdiyi böyük ümiddir. Və əlbəttə ki, bütün bunlar rayon əhalisinin və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun göstərdiyi mətanət nümunəsi, yüksək iradi keyfiyyətləri hesabına əldə olunur.
Tərtər rayonuna rəhbər vəzifəyə təyinat alandan sonra dövlətimizin başçısı cənab İlham Əliyevin etimadını doğruldan Müstəqim Məmmədov vəzifəsinin icrasına başladığı elə ilk gündən qət etdi ki, işi başqa əyalətlərdəki həmkarlarından daha artıq, daha gərgin, daha çətin, daha məsuliyyətli olacaqdır. O vaxta qədər nə qədər yetkin siyasətçi, nümunəvi dövlət qulluqçusu kimi tanınsa da, Tərtər RİH-nin başçısı kimi fəaliyyəti dövründə öz xarakterinə başqa müsbət məziyyətlər də qazandı, canında, qanında olan, amma o vaxta qədər üzə çıxmayan bir çox fəzil xüsusiyyətlərini də kəşf etdi. Qədirbilən Azəri övladı Müstəqim Məmmədovun Tərtərin qəhrəman şəhid oğullarına, onların ailələrinə, müharibə əlilləri və veteranlarına, həmçinin zəhmət cəbhəsində hünər göstərən tərtərlilərə rəğbəti heç kəslə dəyişmədən, ictimai rəyi gözləmədən, kənar qüvvənin təhriki olmadan yarandı. Axı qəhrəmanlarla dostlaşmaq məhz qəhrəmana xas xüsusiyyətdir. Bu sirli və gözəl xüsusiyyət təbiətin möcüzələrindən biridir. Belə əsrarəngiz meyl öz-özünə yaranmasa, heç bir inadlı səy onun yaranmasına kömək edə bilməz. Kənar müşahidəçilərin çoxu bunu sehrli qüvvənin təsiri kimi başa düşür. Rəğbətin başlanğıcı hörmətdir, sonra bu, artaraq heyranlığa, axırda isə bağlılığa çevrilir.
Müstəqim Məmmədov da öz comərdliyi ilə, fədakarlığı, həssaslığı, səxavətiylə tərtərlilərə bağlandı, onların qəlbinə güvənlik, xatircəmlik işığı saldı. Şəhid ata-analarının dərdini öz dərdi, məhrumiyyətini öz məhrumiyyəti bildi. Düşmən gülləsinə tuş gələn dinc sakinləri xəstəxanalarda ziyarət etdi, topa tutulan evləri gəzdi. Gördükləri onu həm kövrəltdi, həm sərtləşdird. Zireh geymədən güllə yağışları altında, Vətən torpağına yağı tərəfindən basdırılmış minaların arasında dolaşdı, təmas xəttində monitorinq aparan beynəlxalq müşahidəçiləri müşayiət etdi. Tərtərin, tərtərlilərin ruhunu duydu, əzmini dərk etdi...
Müstəqim Məmmədovun kişiliyini, comərdliyini, fədakarlığını, həssaslığını qiymətləndirən tərtərlilər də onun başçılığı altında öz doğma rayonlarının tərəqqisinə əhəmiyyətli töhfə verməkdədirlər. Bildiyimiz kimi, keçən il Regionların sosial-iqtisadi inkişafına dair 3-cü Dövlət Proqramına yekun vuruldu. Dövlət Proqramında Tərtər rayonuüçün nəzərdə tutulmuş bütün tədbirlərdə müvəffəqiyyətlə icra olunub. 2018-ci ildə də rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib.
Tərtər şəhərində və kəndlərdə geniş tikinti quruculuq işləri aparılıb. Bu dövrdə 36 milyon 326,8 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 8 milyon 128,6 min manatlıq əsas fondlar istifadəyə istifadəyə verilib.
Dövlət başçısının Sərəncamına uyğun olaraq Tərtər şəhərində 20 ədəd çoxmənzilli yaşayış binasının fasad hissələri və giriş blokları əsaslı təmir olunub, həyətlərinə 48 min kvadratmetr asfalt örtüyü salınıb. Və qeyd edim ki, rayonun abadlaşdırılması istiqamətində görülən işlər hec Sovet dönəmində də həyata kecirilməmişdi. Şəhərin N.İsgəndərov, N.Nərimanov, Q.Mehdiyev, M.Hüseynzadə, Ə.Paşayev küçələrində abadlıq və yenidənqurma işləri, Heydər Əliyev parkında əsaslı təmir işləri aparılıb.
Tərtər şəhərində 100 yerlik körpələr evi-uşaq bağçası, Ağkənd kəndində kitabxana binası tikilib istifadəyə verilib. Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər quraşdırılıb. Şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəblərinin binaları, Qaradağlı kənd tam orta məktəbin 5 sinif otağıəsaslı təmir olunub. Uzunluğu 21,5 kilometr olan Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolu yenidən qurulub. Rayonun 14 kəndində yerli əhəmiyyətli avtomobil yollarında təmir-bərpa işləri aparılıb. Mamırlı, Poladlı, Evoğlu və Təzəkənd kəndlərində içməli su təminatılayihəsinin icrasına başlanılıb. “Azərxalça” ASC-nin Tərtər filialının tikintisi başa çatdırılıb. Hazırda Olimpiya İdman Kompleksinin, Bayraq Muzeyinin, rayon icra hakimiyyətinin yeni inzibati binasının tikintisi, Kovdadıq kəndində 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi orta məktəbləri üçün modul tipli məktəblərin quraşdırılması davam etdirilir.
2018-ci ildə rayonda ümumi məhsul buraxılışının həcmi 174,6 milyon manat olub. 14 milyon 751,3 min manatlıq sənaye, 64 milyon 396,2 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 38 milyon 234,6 min manat investisiya yönəldilib. 563-ü daimi olmaqla, 4380 yeni iş yeri açılıb.
2018-ci il dekabr ayında Tərtər rayonu ücün daha bir əhəmiyyətli tədbir keçirilib. Belə ki, dekabrın 24-də Akademik Vaqif Abbasovun təşəbbüsü və təşkilatcılığı ilə rayonun 4 kəndinə xidmət edəcək müasir tipli kitabxananın təntənəli açılışı olub.
Akademik Vaqif Abbasov açılış mərasimində çıxış edərək qeyd edib ki, cəbhə bölgəsində yerləşən, 48 km təmas xəttinə malik Tərtər rayonunda bir neçə kənd üçün yeni kitabxananın tikilməsi və işinin təşkili təşəbbüsünü irəli sürüb. Tərtər rayon icra hakimiyyəti bu təşəbbüsü bəyənib, hazırlanmış layihənin icrasına razılıq verib, yerli idarəetmə orqanı kitabxana üçün yer ayırıb.
Akademik daha sonra çıxışında qeyd edib ki, iş adamlarına, keçmiş tələbələrinə və AMEA-nın müəssisələrinin rəhbərlərinə müraciət edərək bu işdə ona dəstək olmalarını xahiş edib. Bundan sonra Akademikin keçmiş tələbələri və həmkəndliləri, o cümlədən rayon rəhbərliyi onun müraciətinə səs verərək cəbhə bölgəsində belə bir layihənin uğurla həyata kecməsində kömək olublar.
Prezident İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlar üçün yerlərdəşərait yaradılması barədə tapşırıqları Tərtər rayonunda diqqət mərkəzində saxlanılır. Rayonda sahibkarlara verilən güzəştli kreditlərin məbləği, eləcə də kənd təsərrüfatı, ticarət və xidmət sahələrinə yönəldilən investisiyanın həcmi ildən ilə artır. 2018-ci ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun müvəkkil olduğu kredit təşkilatları tərəfindən kənd təsərrüfatı sahəsində müxtəlif layihələr üzrə 16 nəfər sahibkara 397 min manat güzəştli kreditlər verilib. Bu layihələrin həyata keçirilməsi nəticəsində 98 yeni iş yerinin açılması nəzərdə tutulur.
2018-ci ildə sahibkarlar tərəfindən rayon iqtisadiyyatına qoyulan investisiyaların həcmi artaraq 2 milyon 795 min manat təşkil edib. Rayonun Xoruzlu kəndində
“Aqropat” MMC tərəfindən intensiv bağçılıq təsərrüfatı salınıb.
“Azaqrokənd” MMC tərəfindən Soyulan kəndində istixana kompleksi yaradılır.
Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2017-ci ildə qazılmış 7 ədəd subartezian quyusu 2018-ci ildəistismara verilib, 13 yeni subartezian quyusu qazılıb.
Rayon üzrə 2018-ci ilin məhsulu üçün 26 min 109,3 hektar sahədə kənd təsərrüfatı bitkiləri becərilib. 30 min 984,4 ton buğda, 13 min 190,8 ton arpa, 14 min 237,2 ton tərəvəz, 5 min 483,6 ton kartof, 29 min 928 ton şəkər çuğunduru istehsal edilib.
Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Tərtər rayonunda pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Keçən il rayonda 3300 hektar sahədə 8200 ton pambıq becərilib, hər hektardan orta hesabla 25 sentnerə qədər məhsul götürülüb. 2014-2018-ci illərdə pambığın əkin sahəsi 3,6 dəfə, məhsul istehsalı4,1 dəfə, hər hektardan məhsuldarlıq 13,2 faiz artıb.
İpəkqurdunun yem bazasını təmin etmək üçün son 3 ildə 223 min 357 ədəd tut tingi əkilib. Rayon kümçüləri tərəfindən keçən il 10 min 300 kiloqram barama istehsal edilib.
Bütün müşahidə olunanlar belə düşünməyə əsas verir ki, 2019-cu ilin birinci rübü də Tərtər üçün uğurlu göstəricilərlə yaddaqalan olacaqdır.
Amma indi tərtərlilər xalqımızın əziz bayramı olan Novruzu qarşılamağa hazırlaşırlar. Başda çox hörmətli cənab Müstəqim Məmmədov olmaqla, bütün tərtərliləri ilin ən gözəl fəsli olan baharın gəlişi münasibətilə təbrik edirik. Arzu edir və inanırıq ki, gün gələcək, düşmən üzərində qazanacağımız Böyük Qələbəni də bayram edəcəyik.
Zaur Vəliyev.